İlon Mask: “Ukraynalılar Zelenskiyə nifrət edirlər“

İlon Mask: “Ukraynalılar Zelenskiyə nifrət edirlər“

Amerikalı milyarder və “SpaceX”-in rəhbəri İlon Mask bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski seçkiləri keçirmək istəmir, çünki məğlub olacağını bilir.

"Cebheinfo.az" xəbər verir ki, Mask "X" sosial şəbəkəsində yazıb:

"Əgər ukraynalılar həqiqətən Zelenskini dəstəkləsəydilər, o, seçkiləri ləğv etməzdi. O, bütün KİV-lərə nəzarəti ələ keçirməsinə baxmayaraq, seçkilərdə uğursuzluğa düçar olacağını anlayır və buna görə də onları ləğv etdi”. 

Maskın sözlərinə görə, ukraynalılar əslində Zelenskini “bəyənmir və ona nifrət edirlər”. O əlavə edib ki, k ABŞ Prezidenti Donald Tramp Ukrayna rəhbərliyini görməzdən gəlmək və korrupsiya ilə bağlı problemlərə baxmayaraq, sülhə nail olmaq üçün düzgün qərar verib. 

Səbinə Uğur 
"Cebheinfo.az"