Misirlə İran arasında 44 il sonra bir İLK

Misirlə İran arasında 44 il sonra bir İLK

Misirin xarici işlər naziri Samih Şukri İrana səfər edib.

“Cebhe.info” xəbər verir ki, o, 44 ildən sonra Tehrana səfər edən ilk misirli xarici işlər naziri olub.

Nazir helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi və digər hökumət rəsmiləri ilə vida mərasimində iştirak edib.

Samih Şukri həm də Misirin İranın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Əli Baqeri ilə görüşərək danışıqlar aparıb.

Xatırladaq ki, Tehran və Qahirə arasında diplomatik əlaqələr 1980-ci ildə İran İslam İnqilabından sonra Misirin devrilmiş İran şahı Məhəmməd Rza Pəhləviyə sığınacaq verməsi və ərəb respublikasının İsraillə sülh müqaviləsi imzalaması səbəbindən kəsilib. 

Elmir
“Cebhe.info”