Peskov: Putin İran dosyesini Oman sultanı ilə müzakirə edə bilər

Rusiya lideri Vladimir Putin Oman sultanı Heysəm bin Tariq Al Səidlə görüşündə İranın nüvə dosyesini müzakirə edə bilər.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Regional məsələlər mütləq müzakirə olunacaq", - o, V.Putinin Oman sultanı ilə görüşündə İranın nüvə proqramının müzakirə olunub-olunmayacağı barədə jurnalistlərin sualına belə cavab verib.
Qeyd edək ki, Oman sultanının bu gün Moskvaya dövlət səfəri başlayıb.
"Cebheinfo.az"