Naxçıvanda magistral su xəttində qəza - FOTOLAR

Naxçıvanda magistral su xəttində qəza - FOTOLAR

Saat 07:30-da Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsini su ilə təmin edən magistral xətdə qəza baş verib.

AZƏRTAC xəbər verir ki, qəzaya səbəb kimi qaynaq birləşməsinin sıradan çıxması göstərilir.

Borunun partlaması nəticəsində şəhərin Ə.Qəmküsar küçəsində suyun verilişi müvəqqəti olaraq dayandırılıb.

Hazırda Naxçıvan Sukanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.

"Cebhe.info"