Turalın son vəziyyəti açıqlandı
Xəbər verdiyimiz kimi, Şirvanda keçmiş həyat yoldaşı, “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Lamiyə Qanbayevanı bıçaqlayan şəxs intihara cəhd edib.
Belə ki, oktyabrın 6-sı keçmiş həyat yoldaşına 11 bıçaq zərbəsi vuran 1986-cı il təvəllüdlü Şirvan sakini Tural Əlvan oğlu Qanbayev sirkə turşusu içib.
Bəs xəstənin hazırkı vəziyyəti necədir?
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstənin vəziyyəti orta-ağır olaraq qalmaqdadır:
“1988-ci il təvəllüdlü şəxsin (kişi) müalicəsi Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir. Sirkə turşusundan zəhərlənmə diaqnozu təyin edilən pasiyentin vəziyyəti orta ağırdır”.
Gülər
“Cebheinfo.az”

