Elman Məmmədov: “Xalq İlham Əliyevə səs verəcək”

Elman Məmmədov: “Xalq İlham Əliyevə səs verəcək”

“Torpaqlarımızı kim erməni işğalından azad eləyibsə, kim Ermənistanın təcavüzkarlığına son qoyubsa, Azərbaycan xalqı ona səs verəcək. Bu isə qalib dövlətin lideri İlham Əliyevdir”.

“Cebhe.info” xəbər verir ki, bu sözləri 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocəvənd Seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş Elman Məmmədov Yeni Azərbaycan Partiyasının Xocalı rayon şöbəsinin sədri Vahid Əliyevin sədrlik etdiyi tədbirdə deyib. 

O bildirib ki, Azərbaycan Ordusunun qələbəsi daim Azərbaycan xalqının yaddaşlarında həkk olunacaq:

“Kimin rəhbərliyi altında torpaqlarımız işğaldan azad olunubsa, xalqımızı ona səs verəcək. Kim xalqımızı bu xoş günləri görməyə nəsib edibsə, biz ona səs verəcəyik. Heç şübhəsiz ki, bu şəxs cənab Prezidentimiz İlham Əliyevdir. Hamımız dövlət rəhbərimizə səs verəcəyik. İlham Əliyevdən başqa alternativ seçim yoxdur.

Bu gün Xankəndi şəhərində yerləşən icra hakimiyyətinin binasına Azərbaycan gerbi vurulub və bu binanın qarşısında Azərbaycan bayrağı dalğalanır. Şükürlər olsun ki, Qarabağın hər bir güşəsində üçtrəngli bayrağımız dalğalanır. Bütün bunların hamısına Prezidentimiz İlham Əliyevin qətiyyəti və şücaəti hesabına nail olmuşuq. Ali Baş Komandamız İlham Əliyevin rəbərliyi altında Ordumuz ermənilərin bütün miflərini alt-üst etdi”. 

Deputat Azərbaycan xalqının ağrılı-əzablı, gərgin və çətin yollardan keçdiyini bildirib:

“Azərbaycan xalqı və dövləti təkcə Ermənistan yox, bütün dünya erməniləri üzərində qələbə qazanıb. Ermənistan və erməni separatçıların havadarları vaxtilə “pərdə” altından siyasət yeridirdilər. Bu gün AŞPA, Fransa və bir sıra Avropa ölkələri Azərbaycana qarşı düşmənçilik edirlər. Onların Azərbaycanın qələbəsini həzm edə bilmirlər”.

Yunis Abdullayev
“Cebhe.info”