Laçının bu kəndləri də yenidən qurulacaq

Gələcək perspektivdə Laçının Qorçu qəsəbəsi, Ərikli, Pircahan, Şəlvən və Güləbird kəndləri də dövlətdaxili prosedurdarır.
Bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev deyib.
O bildirib ki, artıq layihələndirmə prosesi başlayıb:
“Güləbird ərazisində Zabuxçay adını daşıyan təxminən 39 milyon kub su tutumu olan su anbarı da mövcuddur. Bu təsərrüfat üçün istifadə olunacaq. Bu su anbarından Şərqi Zəngəzura və Qarabağa bağlı olan rayonların suvarılması üçün istifadə olunacaq. Bu su anbarının eyni zamanda Dövlət Su Ehtiyatları Agentliyi ilə birgə içməli su rezervinə çevrilməsi imkanlarına baxılacaq. Eyni zamanda Həkəri Su Anbarının da tikintisi planlaşdırılır, bu içməli suya xidmət edəcək”.
"Cebheinfo.az"