Ronaldonun gediş tarixi bu gün açıqlanacaq

Ronaldonun gediş tarixi bu gün açıqlanacaq

"Əl-Nəsr" Kriştiano Ronaldonun klubdan ayrılacağını bu gün açıqlayacaq.

Yenisabah.az Marca-ya istinadla xəbər verir ki, Ərəbistanı klubu mətbuat konfransı keçirəcək və bir sıra vacib dəyişiklikləri elan edəcək.

Bir neçə gün əvvəl klubdan gedişinə eyham vuran Ronaldonun da komandadan ayrılmasının açıqlanacağı gözlənilir.

Portuqaliyalının karyerasını davam etdirmək üçün müxtəlif variantları var. O cümlədən onun “Əl-Hilal”a keçərək Səudiyyə Ərəbistanında qalmaq ehtimalı da var.

"Cebheinfo.az"