Almaniyaya getmək istəyənlərin DİQQƏTİNƏ

Almaniyadakı Xristian Birlik Partiyaları (CDU/CSU) və Sosial Demokratların koalisiya hökuməti 3 il ərzində yaxşı uyğunlaşanlara ölkə vətəndaşlığı verən “sürətli vətəndaşlıq” qaydasını ləğv etmək qərarına gəlib.
"Cebheinfo.az" xəbər verir ki, Nazirlər Kabineti həmçinin müdafiə statusu olan qaçqınlar üçün ailə birləşməsini 2 il müddətinə dayandırıb.
Sürətli vətəndaşlıq təcrübəsinə son qoyan qanun layihəsi Bundestaqdan keçərsə, Almaniya vətəndaşlığı indi 3 il deyil, ən tez 5 il sonra veriləcək.
Nazirlər Kabinetinin təsdiq etdiyi ikinci reqlamentə əsasən, bu, qaçqınları müdafiə statusu ilə əhatə edir.
Bu tənzimləmə Bundestaqda qanuniləşdirilərsə, Almaniyada sığınacaq istəyən və müharibə bölgəsindən gəldiyi üçün geri göndərilməyən “əlavə qoruma statusu"na malik olanların 2 il müddətində həyat yoldaşlarını, uşaqlarını və qohumlarını özləri ilə aparmasına icazə verilməyəcək.Bu iki reqlamentin iyul ayına qədər Bundestaq tərəfindən təsdiqlənməsi və qanuna çevrilməsi gözlənilir.
Nigar Hacılı
"Cebheinfo.az"