Qriqoryan növbəti delimitasiyanın harada olacağını dedi

Sərhədin delimitasiyası prosesi hələ də dayanmır, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupları əlaqə saxlayır və irəliləmək üçün işlərini davam etdirirlər.
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O bildirib ki, sərhədin 12,7 kilometri delimitasiya olunub, orada sərhəd qoşunları yerləşdirilib və son 5 ildə bu ərazilərdə cəmi bir insident qeydə alınıb.
“Biz sərhəd qoşunlarının yerləşdirilməsi və digər ərazilərdə də sabitliyin bərqərar olması üçün delimitasiyanı davam etdirmək üçün Azərbaycanla işləyirik”, - Qriqoryan əlavə edib.
O izah edib ki, son razılaşmaya əsasən, delimitasiya Ermənistan, Gürcüstan və Azərbaycan sərhədinin kəsişməsindən “bir qədər aşağıda” olan hissədən davam edəcək.
"Cebheinfo.az"