Qurban Qurbanov: "Azərbaycan Kubokunun final matçı hamı üçün vacibdir"

Azərbaycan Kubokunun final matçı hamı üçün vacibdir.
"Cebheinfo.az" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Oyun neytral meydanda baş tutacaq. Yaxşı oyun sərgiləmək niyyətindəyik. Kubok əlavə prestijdir. Finalda da yaxşı nəticə əldə etmək istəyirik. "Sabah" yaxşı təşkilatlanmış komandadır. İddalıdırlar. Premyer Liqada beşinci yeri tutmağa layiq deyildilər. Daha yuxarı pillələrdə ola bilərdilər".
Qeyd edək ki, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.
"Cebheinfo.az"