Mingəçevirdə qadın meyiti tapılıb

Mingəçevirdə qadın meyiti tapılıb.
APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Sahil parkı adlanan ərazidə 1955-ci il təvəllüdlü Hüseynova Qəmərin meyiti tapılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.
"Cebheinfo.az"