Ağdamda 39 yaşlı kişinin ölümünün ilkin səbəbi açıqlanıb - YENİLƏNİB

Ağdamda 39 yaşlı kişinin ölümünün ilkin səbəbi açıqlanıb - YENİLƏNİB

Ağdamda 39 yaşlı kişinin ölməsi faktı müvafiq qaydada araşdırılıb və hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. 

Bildirilib ki, Ağdam Rayon Mərkəzi Xəstəxanası tərəfindən qoyulmuş ilkin diaqnoza əsasən həmin şəxsin ölüm səbəbi kimi ürək və ağciyər çatışmazlığı göstərilir. Bu istiqamətdə aidiyyəti qurumlar araşdırmaları davam etdirir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Report"un sorğusuna cavab olaraq vurğulanıb ki, mayın 28-i saat 15:15 radələrində bir kişi Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib. Ona ilkin olaraq dəqiqləşdirilməmiş ağciyər və ürək çatışmazlığı diaqnozu təyin edilib.

Zəruri tibbi müdaxilələrə və reanimasiya tədbirlərinə baxmayaraq, saat 15:30 radələrində şəxsin ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdam rayon şöbəsinə təhvil verilib.

10:28

Ağdamda 39 yaşlı kişi qida zəhərlənməsindən ölüb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, rayonun Şurabad kənd sakini, 1986-cı il təvəllüdlü Əsədov Murad Oruc oğlunun göbələk yedikdən sonra halı pisləşib. O, Bərdə Diaqnostika Mərkəzinə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"