Argentinada həyat iflic vəziyyətindədir

Argentinada insanlar ifrat sağçı Prezident Xavyer Mileinin qənaət siyasətinə qarşı üçüncü ümumi tətilə başlayıblar.
"Cebheinfo.az" xəbər verir ki, həmkarlar ittifaqı tərəfindən çağırılan Mileinin repressiv siyasətinə və BVF ilə yeni razılaşmasına qarşı ölkə daxilində 24 saatlıq tətil keçirilib.Bir çox sektorlar fəaliyyətini dayandırarkən, təqaüdçülər, həmkarlar ittifaqları və kütləvi təşkilatlar paytaxt Buenos-Ayresdəki Milli Konqres binası qarşısında yaşayış şəraitinin yaxşılaşdırılması tələbi ilə yürüş keçirib.
Nigar Hacılı
"Cebheinfo.az"