Donald Tramp Türkiyəyə səfər edəcək

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfər edəcək.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “CNN Türk”ün Vaşinqton müxbiri Yunus Paksoy deyib.
O bildirib ki, Tramp Yaxın Şərq - Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri turnesi çərçivəsində Türkiyədə də olacaq.
Dəqiq tarix açıqlanmasa da, səfərin mayın əvvəlində baş tutacağı gözlənilir.
Qeyd olunub ki, Türkiyəyə mümkün səfər məsələsi Tramp ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında son telefon danışığı zamanı gündəmə gəlib.
Məlumata görə, ABŞ Prezidenti hələlik səfər planına İsraili daxil etməyi düşünmür.
Əfsanə Rəcəb
“Cebheinfo.az”