Nikki Heyli Trampdan danışdı

Nikki Heyli Trampdan danışdı

ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi və marta qədər Trampın rəqibi olan Nikki Heyli Hadson İnstitutunda iştirak etdiyi paneldə seçki prosesini dəyərləndirib.

"Cebhe.info" xəbər verir ki, Heyli vurğulayıb ki, Trampın bəzi fikirləri ilə razılaşmasa da, noyabrda keçiriləcək prezident seçkilərində Co Baydeni dəstəkləməyəcək:

"Trampın siyasi idarəçilik bacarığı mükəmməl deyil, bunu dəfələrlə demişəm. Amma Bayden bir fəlakətdir. Ona görə də Trampa səs verəcəm".

Xatırladaq ki, respublikaçılar Partiyasında Trampa qarşı rəqibi olan Heyli mart ayında keçirilən praymerizdə istədiyi nəticələri alamayınca yarışdan çəkildiyini açıqlamışdı.

Nigar Hacılı 
"Cebhe.info"