Dağıstandakı hücumlarla bağlı cinayət işi açılıb: terrorçular məhv edilib

Dağıstandakı hücumlarla bağlı cinayət işi açılıb: terrorçular məhv edilib

Dağıstanın (Rusiya Federasiyası) Dərbənd və Mahaçqala şəhərlərində baş verən terror aktları ilə bağlı cinayət işi açılıb.

Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

Komitə bildirib ki, terror aktlarında iştirak edən şəxslərin müəyyən edilməsi üçün hadisə yerində müstəntiqlər və kriminoloqlar işləyir.

Bundan başqa Dağıstanın Dərbənd şəhərində bütün kütləvi tədbirlər ləğv edilib.

Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb ki, atəş açan iki silahlı məhv edilib.

Qeyd edək ki, bu gün axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib. Terror aktları nəticəsində, ilkin məlumatlara görə, Rus Pravoslav Kilsəsinin keşişi, mühafizəçi və polis əməkdaşları həlak olub.

"Cebhe.info"