Dərbənddə sinaqoq və kilsə atəşə tutuldu - Ölən və yaralanan var

Dərbənddə sinaqoq və kilsə atəşə tutuldu - Ölən və yaralanan var

Rusiyanın Dərbənd şəhərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub, bir polis əməkdaşı həlak olub, biri isə yaralanıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, atəşdən sonra sinaqoqda yanğın baş verib.

Polis hazırda hücum edənləri axtarır.

Onların ağ rəngli “Volkswagen Polo” markalı avtomobillə qaçdığı bildirilir.

"Cebhe.info"