Almaniya və İsveçrə yığmaları dördüncü dəfə böyük turnirdə üz-üzə gələcək

Almaniya və İsveçrə yığmaları dördüncü dəfə böyük turnirdə üz-üzə gələcək

Bu gün Avropa çempionatında qrup mərhələsinin II turu çərçivəsində üz-üzə gələcək Almaniya və İsveçrə komandaları daha əvvəl böyük turnirlərdə (dünya və Avropa çempionatları) 3 dəfə qarşılaşıblar.

Tərəflər arasındakı ilk duel 1938-ci dünya çempionatınada baş tutub.

Həmin görüş İsveçrə yığmasının 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Daha sonra iki dəfə - 1962 və 1966-cı il dünya çempionatlarında üz-üzə gələn millilərin oyununda Bundestim qələbəyə sevinib - 2:1, 5:0.

A qrupunun digər oyunu çərçivəsində qarşılaşacaq Şotlandiya və Macarıstan milliləri heç vaxt böyük turnirlərdə üz-üzə gəlməyib.

"Cebhe.info"