Sabah Masallının 4 kəndində qazın verilişi dayandırılacaq
![Sabah Masallının 4 kəndində qazın verilişi dayandırılacaq](/uploads/images/2024/06/720x400/1719151811155021843366782cc306a67.jpg)
Sabah Masallı rayonunun 4 kəndində qazın verilişi dayandırılacaq.
"Report"un Muğan bürosunun məlumatına görə, Qəriblər kəndində 2024-2025-ci il payız-qış tədbirlər planına uyğun olaraq müxtəlif diametrli siyirtmələrin quraşdırılması üçün Masallı QPS-dən qidalanan Qəriblər, İsilər, Məmmədrza və Əzizabad kəndlərinin ümumilikdə 600-ə yaxın abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.
"Cebhe.info"