7 kəndi təşvişə salan yanğın yenə başlayıb

7 kəndi təşvişə salan yanğın yenə başlayıb

Türkiyənin Şırnak vilayətinin İdil qəsəbəsində dünən naməlum səbəbdən baş verən küləş yanğını axşam saatlarında nəzarət altına alınıb.

Amma daha sonra küləyin təsiri ilə yenidən başlayıb. 

"Cebhe.info" xəbər verir ki, qısa müddətdə böyüyən yanğın ətrafdakı 7 kəndi əhatə edib. Yanğının söndürülməsi üçün İdil Bələdiyyəsi Xilasetmə Müdirliyi və ətraf bələdiyyələrdən qruplar bölgəyə sövq edilib.

İdil Bələdiyyəsindən verilən açıqlamada deyilir:

"Küləyin təsiri ilə Suriyadan sürətlə irəliləyən küləş yanğını İdil rayonunda 7 kəndi təsir edib. Yanğın xəbəri ilə bağlı İdil Bələdiyyəsi Yanğından Mühafizə Hissəsi yanğının söndürülməsi üçün vasitə və qruplarla birlikdə yanğının olduğu əraziyə gedib. Cizre Bələdiyyəsi və Silopi Bələdiyyəsi öz maşınları və qrupları ilə sərhəd xətti boyunca baş verən yanğını söndürmək üçün bölgəyə gəlib. Yanğınsöndürmə işləri xilasetmə qruplarının  səyləri ilə davam edir. Bölgə əhalisi yanğını söndürmək üçün səfərbər olunub".

Qeyd edək ki, iyunun 20-də saat 22.15 radələrində Diyarbakırın Çınar qəsəbəsinin Köksalan məhəlləsində baş verən küləş və örtük yanğını Bağacık, Yazçiçək məhəllələri, Mardinin Mazıdağı qəsəbəsinə yaxın Yücebağ, Yetkinler, Şenyuva rməhəllələ də yayılıb. Hadisə zamanı 14 nəfər həlak olub, 78 adam da xəstəxanaya aparılıb. Yüzlərlə heyvan tələf olub. Alov 2100 futbol meydançasına bərabər ərazini külə çevirib.

Nigar
"Cebhe.info"