Ağdamda avtomobili velosipedlə hərəkətdə olan 15 yaşlı uşağı vurub - FOTO

Ağdamda avtomobili velosipedlə hərəkətdə olan 15 yaşlı uşağı vurub - FOTO

Ağdamda minik avtomobili velosipedlə hərəkətdə olan 15 yaşlı uşağı vurub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

2009-cu il təvəllüdlü Hüseynli Vüsal Ramil oğlu velosipedlə yolu keçmək istəyərkən “90-UX-771” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı minik avtomobili onu vurub. Vüsal Hüseynli təcili-tibbi yardım maşını ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"