Yaponiya sahillərində 5 maqnitudada zəlzələ baş verib
![Yaponiya sahillərində 5 maqnitudada zəlzələ baş verib](/uploads/images/2024/06/720x400/171913169119716445666677de2b49d6c.jpg)
Yaponiyanın Honsü adası sahillərində 5 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, təbii hadisənin episentri təxminən 357 min nəfər əhalisi olan İvaki şəhərindən (Fukusima prefekturası) 21 km şimal-şərqdə, zəlzələ ocağı 31 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
"Cebhe.info"