Bu insanlar daha çox kökəlir - SƏBƏB

Bu insanlar daha çox kökəlir - SƏBƏB

SMIM1 genini sıradan çıxaran genetik variantı olan insanlar istirahətdə daha az enerji sərf etdikləri üçün onların bədən çəkisi daha yüksəkdir. 

“Cebhe.info” xəbər verir ki, bunu Exeter Universitetinin rəhbərlik etdiyi beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib. 

Araşdırmanın nəticələri Med jurnalında dərc olunub.

SMIM1 geni cəmi 10 il əvvəl tədqiqatçılar Vel kimi tanınan xüsusi qan qrupunu kodlayan geni axtararkən müəyyən edilib. Hər 5000 insandan birində genin hər iki nüsxəsi yoxdur, bu da onları Vel-mənfi edir.

Yeni araşdırmanın nəticələri göstərir ki, bu qrupda da artıq çəkili olma ehtimalı yüksəkdir. Tədqiqat nəticəsində məlum olub ki, genin hər iki nüsxəsi olmayan insanlarda piylənmə ilə əlaqəli digər əlamətlər, o cümlədən qanda yüksək yağ səviyyəsi, yağ toxumasının disfunksiyası əlamətləri, qaraciyər fermentlərinin səviyyəsinin yüksəlməsi və tiroid hormonlarının səviyyəsinin aşağı olması aşkar edilib.

Tədqiqatın aparıcı müəllifi, Exeter Tibb Məktəbinin hüceyrə biologiyası üzrə dosenti Mattia Frontini deyib ki, son 50 ildə piylənmə nisbətləri demək olar ki, üç dəfə artıb. 2030-cu ilə qədər bütün dünyada bir milyarddan çox insanın piylənmə olacağı proqnozlaşdırılır.

Tədqiqatın bir hissəsi olaraq alimlər Böyük Britaniyanın Biobank tədqiqatında 500 000-ə yaxın iştirakçının genetikasını təhlil edib və 104 nəfərdə SMIM1 geninin variantını müəyyən ediblər.

Bu qruplarda tapılan tezliklərdən ekstrapolyasiya edərək, SMIM1 variantının dünya üzrə təxminən 300.000 insanda piylənməyə əhəmiyyətli töhfə verən amil ola biləcəyi təklif edilir.

Alimlər SMIM1 gen variantı olan dörd əlavə insan qrupunda tapdıqları təsirləri araşdırdılar. Onlar bu variantın çəkiyə təsir etdiyini, qadınlarda orta hesabla 4,6 kq, kişilərdə isə 2,4 kq artım olduğunu müəyyən ediblər.

“Piylənmə enerjinin qəbulu və xərclənməsi arasındakı balanssızlıq, çox vaxt həyat tərzi, ətraf mühit və genetik faktorlar arasında mürəkkəb qarşılıqlı təsir nəticəsində baş verir. Az sayda insanda piylənmə genetik variantlardan qaynaqlanır. Belə hallarda bəzən bu insanlara fayda verəcək yeni müalicə üsulları tapıla bilər. Nəticələrimiz piylənmənin genetik səbəblərini öyrənmək, ən uyğun və effektiv müalicəni seçmək və bununla bağlı sosial stiqmanı azaltmaq zərurətini ortaya qoyur”, - deyə alimlər bildiriblər.

Xəzər
“Cebhe.info”