Quduz pişik şəhəri bağlatdırdı

İrkutsk vilayətinin Bratsk şəhərində ərazisində quduzluq hadisəsi ilə əlaqədar karantin tətbiq edilib.
Cebhe.info xəbər verir ki, bu barədə vilayət hökumətindən məlumat verilib.
Qərarın İrkutsk vilayətinin başçısı İqor Kobzevin göstərişi ilə qəbul edildiyi vurğulanır.
İrk.ru-nun məlumatına görə, iyunun 28-də pişiyin sahibi quduzluq əlamətləri olan heyvanla baytarlıq məntəqəsinə müraciət edib. Pişik ertəsi gün ölüb. İyunun 30-da xəstəlik laboratoriyada təsdiqlənib.
Dezinfeksiya işləri aparılır. Heyvanın gətirildiyi bağçılıqda artıq 473 sahəyə baxış keçirilib. İyulun 1-i səhərədək 74 it və pişik peyvənd olunub. Heyvan sahibləri ilə də izahat xarakterli söhbətlər aparılıb.
Xəzər
Cebhe.info