Ermənistan və Türkiyənin xüsusi nümayəndələri görüşdü - FOTOLAR

Ermənistan və Türkiyənin xüsusi nümayəndələri görüşdü - FOTOLAR

Ermənistanla Türkiyə Ani körpüsünün bərpası məsələsini müzakirə edir.

APA-nın Antaliyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Ermənistanla əlaqələrin normallaşması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç deyib.

O bildirib ki, Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşün olacağını təxmin edir:

“Ruben Rubinyanla (Ermənistanın Türkiyə ilə əlaqələrin normallaşması üzrə xüsusi nümayəndəsi -red.) bir az əvvəl təmasımız oldu, amma hələ növbəti görüşün dəqiq tarixini razılaşdırmamışıq”.

Sərdar Kılıç Türkiyənin də Ermənistandan Konstitusiyasına dəyişiklik tələbinin olub-olmamasına aydınlıq gətirib:

“Konstitusiyanın dəyişdirilməsi ilə bağlı Nikol Paşinyan da açıqlama verib. Bu çərçivədə lazımi dəyişiklikləri Ermənistan öz Konstitusiyasında edəcək”.

"Cebheinfo.az"