Ukraynaya 580 milyonluq yardım ayrılacaq

Böyük Britaniya və Norveç Ukraynaya 450 milyon funt sterlinq (təxminən 580 milyon ABŞ dolları) məbləğində hərbi yardım ayıracaq.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, vəsaitin əsas hissəsi Kiyevə "yüz minlərlə" pilotsuz uçuş aparatının (PUA) tədarükünə yönəldiləcək. Bundan əlavə, texnikaların təmiri və texniki xidməti, həmçinin radar sistemləri, tank əleyhinə minalar və dron əleyhinə texnologiyaların alınması da bu yardım paketinə daxildir.
"Cebheinfo.az"