Yağış da "qatil" çıxdı: 92 nəfəri öldürüb

Yağış da "qatil" çıxdı: 92 nəfəri öldürüb

Hindistan və Nepalda leysan yağışlar nəticəsində 92 nəfərin öldüyü bildirilir.

"Cebheinfo.az" xəbər verir ki, Hindistan və Nepalda güclü yağışlar dünəndən etibarən təsirli olmağa başlayıb.

Hindistan Meteorologiya İdarəsi (IMD) mövsümi olmayan yağışların davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Yağışlar nəticəsində 92 nəfər həyatını itirərkən, ölənlərin sayının artma  ehtimalı vurğulanıb.

Nigar Hacılı 
"Cebheinfo.az"