Evi yararsız vəziyyətə düşən ailəyə çadır quruldu - FOTOLAR

Evi yararsız vəziyyətə düşən ailəyə çadır quruldu - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinə Xaçmaz rayonu, Tel kənd sakini Naibə İsayevaya məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

Bu barədə FHN-in Mətbuat ximətindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən Tel kənd sakini N.İsayeva üçün müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

"Cebheinfo.az"