Gəncədə işdən çıxarılan qadın universitetdə damarlarını doğradı

Gəncə Dövlət Universitetinin qadın əməkdaşı işdən çıxarıldığı üçün özünə xəsarət yetirib.
Oxu.Az-ın məlumatına görə, hadisə universitet binasında baş verib.
1988-ci il təvəllüdlü Günay Məmmədova kəsici alətlə damarlarını kəsib və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"