Söyüdlüdə qayınata gəlinini və nəvəsini döyərək xəstəxanalıq etdi

Gədəbəydə döyülmə faktı qeydı alınıb.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb. 1983-cü il təvəllüdlü İ.Mürsəlova və övladı 2007-ci il təvəllüdlü N.Mürsəlova döyülərək xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, İ.Mürsəlova qayınatası və baldızı tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"