"Fənərbağça"nın ulduzunu İtaliya nəhəngləri istəyir

"Fənərbağça"nın ulduzunu İtaliya nəhəngləri istəyir

Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Sebastian Şımanski ilə İtaliyanın iki komandası maraqlanır.

"Cebheinfo.az" xəbər verir ki, "Milan" və "Napoli" İstanbul təmsilçisinin ulduzunu heyətlərinə qatmaq istəyirlər.

"Fənərbağça" isə polşalı yarımmüdafiəçi üçün 25 milyon avro tələb edir. Üstəlik, klub rəhbərliyi bu məbləğdən aşağı təkliflərlə maraqlanmayacağını bildirib.

Qeyd edək ki, Şımanski bu mövsüm "Fənərbağça"da 42 matçda meydana çıxıb. 25 yaşlı futbolçu sözügedən qarşılaşmalarda 5 qol vurub, 9 məhsuldar ötürmə edib. 

Elmir
"Cebheinfo.az"