Messi və Suares yeni klub yaratdı

Futbol ulduzları Lionel Messi və Luis Suares “Deportivo LSM” adlı yeni klub yaradıblar.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Suares “X” hesabında paylaşım edib.
Məlumata görə, komanda Uruqvay çempionatının dördüncü divizionunda çıxış edəcək.
LSM abbreviaturası əfsanəvi futbolçuların adlarının baş hərflərini ifadə edir.
"Cebheinfo.az"