Nebahat Çehre həyatının film olmasını istəmir

Nebahat Çehre həyatının film olmasını istəmir

Türkiyəli məşhur aktrisa Nebahat Çehre həyatının filmə çevrilməsini istəmədiyini bildirib.

“Cebheinfo.az” xəbər verir ki, “Yeşilçam”ın əfsanəvi siması bu istəyinin səbəbi kimi həyatında baş verən hər bir detalı olduğu kimi çatdıra bilməyəcəyini qeyd edib.

"Heç kim şəxsi həyatını tam şəkildə çatdıra bilməz. Hər insanın həyatında elə məqamlar olur ki, zaman-zaman özü belə bunları etiraf edə bilmir. Mənim hər bir detalı izah etməyim lazımdır. İki dəfə ailə qurmuşam, hər iki həyat yoldaşım artıq həyatda yoxdur. Onlar özlərini ifadə edə bilməyəcək, bu isə düzgün olmaz", - deyə aktrisa bildirib.

Əfsanə Rəcəb
“Cebheinfo.az”