Spikerdən deputatlara irad: “Bu qədər iş görülür, niyə onlardan danışmırsınız?”

Spikerdən deputatlara irad: “Bu qədər iş görülür, niyə onlardan danışmırsınız?”

“Ölkədə bu qədər iş görülür, niyə heç biriniz bu haqda danışmırsız?”

“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova deputatlara müraciətlə deyib.

“Bu qədər işlər görülür, bütün sahələrdə müsbət nəticələr var. Sosial, iqtisadi sahələrdə işlər aparılır. Amma heç kim bunlardan danışmır. Sizə qulaq asdıqca, adamı dəhşət bürüyür. Elə bil ki, ölkə bütün uçuruma gedir”,-deyə Sahibə Qafarova deputatlara müraciətlə belə deyib.

Qeyd edək ki, 2025-ci il üzrə dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən deputatlar işsizlik, sosial yardım, əllilik və digər sahələrlə bağlı problemlərdən danışıb.

Vilayət Muxtar
“Cebheinfo.az”