Gecə ilə bağlı xəbərdarlıq edildi

Gecə ilə bağlı xəbərdarlıq edildi

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında dekabrın 18-i axşamdan 19-u gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. 

Yağıntının ayrı-ayrı yerlərdə qısamüddətə intensivləşəcəyi,  gecə  yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimal olunur.

Azərbaycanın rayonlarında  da dekabrın 18-i gündüzdən dağlıq ərazilərdən başlayaraq 19-u gündüzədək hava şəraitinin bəzi yerlərdə  arabir yağıntılı olacağı,  sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var.

Dekabrın 19-u gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq. 

"Cebheinfo.az"