Nazirlərin görüşü təxirə salındı

Nazirlərin görüşü təxirə salındı

ABŞ-nin dövlət katibi Marko Rubionun Londona səfərdən imtina etməsindən sonra Böyük Britaniya, Fransa, Almaniya və Ukraynanın xarici işlər nazirləri Ukrayna ilə bağlı çərşənbə günü keçirilməsi planlaşdırılan görüşü təxirə salıblar.

"Cebheinfi.az" xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat verib.

Məlumata görə, bunun əvəzinə beş ölkənin rəsmiləri arasında danışıqlar keçiriləcək.

Bildirilib ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiga hələ də Londonda olmalıdır və ehtimal ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmiylə görüşəcək.

Səbinə Uğur 
"Cebheinfo.az"