Ermənistanda qondarma artsaxçıların saytları bağlandı

Ermənistan Milli Təhlükəsizlik Xidməti medianın sorğusuna cavab olaraq Dağlıq Qarabağın rəsmi saytlarının bağlanmasına münasibət bildirib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə mətbuat yerli KİV-də yer alıb.
“Ermənistan Respublikası Hökumətinin 26 dekabr 2013-cü il tarixli 1521-N nömrəli “İnternetdə dövlət orqanlarının rəsmi internet saytlarına dair minimum tələblərin təsdiq edilməsi haqqında” Fərmanına uyğun olaraq, ER MTN Ermənistan Respublikasının dövlət orqanlarının rəsmi internet saytlarının təhlükəsizliyini təmin etmək üçün müvafiq işlər həyata keçirir”, - deyə MTX cavab verib.
MTN saytları həqiqətən bağlayıb-bağlamadıqları, əgər bağlanıbsa, hansı səbəbdən bağlanması, Azərbaycandan belə bir müraciət olub-olmaması, saytlarda yerləşdirilən materialların, arxivlərin aqibətinin necə olacağı ilə bağlı sualları cavablandırmayıb.
Xəzər
“Cebheinfo.az”