Sabah bu ərazilərdə qaz olmayacaq

Xəzər rayonundakı mövcud qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 29.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bu barədə “Azəriqaz” İB-dən bildirilib.
Qaz təchizatı dayandırılan müddətdə rayonun Qala qəsəbəsinin Xaşa-Xuna yaşayış massivində və Türkan qəsəbəsində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"Cebheinfo.az"