Sədrin müşaviri vəzifəsindən azad edildi

Sədrin müşaviri vəzifəsindən azad edildi

“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinin müşaviri Aysel Soltanova vəzifəsindən azad edilib.

"Cebheinfo.az" pravda.az-a istinadən xəbər verir ki, A.Soltanova fəaliyyətini bundan sonra “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsdə davam etdirəcək.

O, “Azerkosmos”, “Baktelecom” və “Aztelekom” kimi şirkətlərdə çalışıb. 2023-cü ilin yanvarında ADY sədrinin müşaviri vəzifəsinə təyin edilmişdi.

ADY-də Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM), Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı, sərnişindaşıma, daxili təchizat A.Soltanovanın kurasiyasında olub. Onun adı QSC-nin Kommunikasiya departamentinin rəhbəri vəzifəsindən nöqsanlara görə azad edilən Aybəniz İsmayılova ilə bağlı məsələlərdə hallanır.

"Cebheinfo.az"