Azərbaycanda bu xəstəliklərə görə əlillik ömürlük veriləcək- SİYAHI

Ötən gün Nazirlər Kabineti “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara edilən dəyişikliklə əlilliyə əsas verən meyarların sayı artırılaraq 563-dən 590-a çatdırılıb.
Bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması faizi artırılıb, bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması müddəti artırılıb və ya "müddətsiz" olaraq qeyd olunub.
Bundan başqa, 18 yaşadək birinci tip şəkər xəstəsi uşaqlarda ağırlaşmalarla bağlı tələb, əqli geriliyi olan 8 yaşadək uşaqlarda IQ test tələbi aradan qaldırılıb.
Xromosom anomaliyalı xəstəliklər üzrə orqanizmin funksiyalarının pozulma faizinin minimum həddi artırılaraq 65% və daha yüksək olaraq müəyyənləşdirilib.
Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri sütununa bir sıra yeni xəstəliklərin adları əlavə edilib.
Qeyd edək ki, hazırkı qaydalara görə, 800-ə yaxın xəstəlik üzrə əlillik dərəcəsi almaq mümkündür.
Bəs orqanizmin funksiyalarının pozulması müddəti artırılan və ya "müddətsiz" olaraq qeyd olunan xəstəliklər hansılardır?
Cebhe.info “müddətsiz” olaraq əlillik qeyd edilən xəstəliklərin siyahısını təqdim edir:
* ağır forma, davamlı residivləşən gedişat, daimi ağır təngnəfəsliklər, hiperkapniya, xroniki respirator hipoksemiya, xroniki respirator alkaloz, III dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya IIB və III dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə
II-III dərəcə xroniki ağciyər-ürək çatışmazlığı ilə müşayiət olunan tənəffüs orqanlarının vərəminin və dəqiqləşdirilməmiş vərəmin gecikmiş fəsadları (bronxoektaziya, fibroz, fibrozlu-ocaqlı, bulloz-distrofik, kalsinatlar, plevropnevmoskleroz, sirroz, cərrahi müdaxilə nəticələri)
bir ağciyərin olmaması
arterial hipertenziya I-III dərəcə, hipertoniya xəstəliyi III mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə
üDS-nin ağır və davamlı disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS lV (25 Vatt və ya 1,1-1,9 METs); XüÇ III mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda
effektiv spesifik terapiya fonunda orqanizmin funksiyalarının ağır və davamlı disfunksiyaları: ağciyər hipertenziyası FS IV
ikitərəfli trofik pozuntular da daxil olmaqla III və ya IV dərəcə işemiya, ABİ 0,25-dən az olduqda cərrahi müdaxilə üçün əks-göstərişlərin mövcudluğu və 7 ya aşağı ətrafın müxtəlif səviyyədə aputasiyası, digər ətrafda III və ya IV dərəcə işemiya
ür əyin qapağının (v ə ya qapaq - larının), ağciy ər arteriyası qapa - ğının revmatik v ə qeyri -revmatik x əst əlikl əri, iltihabi aktivlik əlam ətl əri olan miokardit, endo - kardit v ə ya perikardit, üDS -nin funksiyasının ağır v ə davamlı pozulması il ə: FS IV (25 Vatt v ə ya 1,1 -1,9 METs), XüÇ III m ərh ələ, ağciy ər hipertenziyası 3 -cü d ə r ə c ə, 4 - 5 -ci d ə r ə c ə ür ək aritmiyası (Laun -Volf t əsnifatı üzr ə), sol m ə d əciyin atım frak - siyasının 30% - d ən az olması
ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər
ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda
miokardda yad cismin olması
həzm funksiyasının mülayim pozulması ilə - qida qəbulunun pozulması (qida həcminin məh - dudlaşması, qida qəbulu vaxtının uzanması), II dərəcə zülal -enerji çatışmazlığı (BKİ 16,0 -17,5) və anemiya ilə müşahidə olunan hal
həzm funksiyasının təzahür edən pozulması ilə - qida qəbulunun pozulması, III dərəcə zülal -enerji çatışmazlığı (BKİ 16,0 -dan az) və anemiya ilə müşahidə olunan hal
həzm funksiyasının qabarıq pozulması - ağır təzahür, tez-tez gündəlik ishal (gündə 7-10 dəfə, o cümlədən gecə), qabarıq dərəcəli anemiya, III dərəcə zülal-enerji çatışmazlığı (BKİ 16,0-dan az) və anemiya ilə müşahidə olunan hal
dilin olmaması
bərpası mümkün olmayan (imkansız) ileostoma və ya kolostomanın olması
bərpası mümkün olmayan və ya cərrahi müalicəsinə tibbi əksgöstəriş olan fistulun mövcudluğu
XBX IV mərhələ (XBÇ III mərhələ qanda kreatinin səviyyəsi 352-528 mkmol/l aralığında) (18 yaşınadək şəxslərdə YFS 29-15ml/dəq/1,73m2 )
XBÇ V mərhələ, terminal mərhələ, (qanda kreatinin səviyyəsi 528 mkmol/l-dən çox) (18yaşınadək şəxslərdə YFS 15ml/dəq/1,73m2 -dən az)
XBÇ V mərhələ, terminal mərhələ (qanda kreatinin səviyyəsi 528 mkmol/l-dən çox), proqramlı hemodializ
nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması, XBÇ I mərhələ
tək böyrəyin zədələnməsi, XBÇ V mərhələ, terminal mərhələ
böyrək köçürülməsindən 2 il sonra, funksional vəziyyətindən asılı olaraq
vərəmin müalicədən sonrakı gecikmiş əlamətləri, zədələnmiş orqan və sistemlərin funksiyalarının əhəmiyyətli dərəcədə geridönməz pozulması
qanəmələgəlmə funksiyasının mülayim pozulması ilə, tələb olunanda dövri qan köçürmələrlə
qanəmələgəlmə funksiyasının qabarıq nəzərəçarpan və ya ağır pozulması ilə, tez-tez (hər ay) qanköçürməyə ehtiyacla
qanəmələgəlmə funksiyasının əhəmiyyətli dərəcədə təzahür edən pozulması ilə, uzunmüddətli, tez-tez (ayda bir neçə dəfə) qanköçürməyə ehtiyacla
qanın laxtalanma funksiyasının ağır dərəcədə pozulması - ağır forma, tez-tez (ildə 5-6 dəfə) stasionar şəraitdə qarşısının alınmasını tələb edən qanaxma halları, hemofiliya zamanı defisitli laxtalanma amilinin fəallıq dərəcəsi 1%-dən az, oynaqlara və (və ya) daxili orqanlara ildə 4 dəfə və daha çox qansızma
İİÇV-infeksiya. Persistedici generalizə olunmuş limfadenopatiya. ikincili xəstəliklər mərhələsi (mərhələ 2): - izah olunmayan arıqlama (çəkinin 5-10% itirilməsi); - ağız boşluğunun tüklü leykoplakiyası; - anqulyarxeylit; - onixomikozlar; - papulyoz - (düyünlü) qaşınan səpgi; - residivləşən aftoz stomatit (son 6 ay ərzində iki dəfə və ya daha çox); - seboreya dermatiti; - tənəffüs yollarının residivləşən infeksiyaları (istənilən 6 ay ərzində iki dəfə və ya daha çox sinusit, orta qulaq otiti, bronxit, faringit və ya traxeit halı); - kəmərləyici dəmrov; - təkrarlanan faringitlər, sinusitlər, proqressivləşmə mərhələsi (əməyin ağırlığının və xüsusiyyətlərinin nəzərə alınması ilə)
İİÇV-infeksiya. Dərin zədələnmə xarakterli ikincili xəstəliklər mərhələsi (mərhələ 3): - normal bədən kütləsinin 10- 15%-nin itirilməsi, izah olunmayan ishal və ya hərarət 1 aydan çox; - ağciyər vərəmi; - ağız boşluğun kandidozu;- hematoloji pozuntular: izah olunmayan anemiya, neytrope - niya, trombositopeniya; - ağır bakterial infeksiyalar (məsələn, pnevmoniya, plevra - nın empiyeması, piomiozit, sümük və oynaqların infeksiyası, meningit, bakteriemiya); - daxili orqanların təkrarlanan və ya davamlı virus, bakterial, göbələk, protozoal zədələn - mələri; - kəskin xoralı -nekrotik stomatit, gingivit və ya periodontit
İİÇV -infeksiya. Ağır, həyata təhlükə yaradan ikincili (oppor - tunistik) xəstəliklər mərhələsi (mərhələ 4): - kaxeksiya; - sadə Herpes virusu törədən infeksiyalar: daxili üzvlərin zədə - lənməsi ilə və ya dəri və selikli qişaların xronik xorası (1 aydan artıq persistə edən); - qida borusu və ya aşağı tənəffüs yollarının kandidozu; - sitomeqaloviruslu retinit, kolit, ezofagit; - disseminə olunmuş göbələk infeksiyaları (məsələn, kandidoz, koksidiomikoz, histoplazmoz); - leyşmanioz-visseral (disseminə olunmuş); - İİÇV ensefalopatiyası; - proqressivləşən multifokal leykoensefalopatiya; - toksoplazmoz; - mərkəzi sinir sisteminin zədə - lənməsi, retinit; - kriptokokkoz - ağciyərdən kənar (meningit daxil olmaqla); - xronik kriptosporidioz (1 aydan artıq diareya);
24 - xronik izosporiaz (1 aydan artıq çəkən hərarət); - generalizə olunmuş bakterial virus, göbələk və parazitar xəstəliklər; - pnevmosistpnevmoniya; - qida borusu, bronxların, ağciyərin kandidozu; - residivləşən ağır və ya rentgenoloji olaraq təsdiqlənmiş bakterial pnevmoniya (il ərzində iki dəfə və ya daha çox); - ağciyərdən kənar vərəm; - atipikmikobakteriozlar; - müxtəlif etiologiyalı mərkəzisinir sisteminin zədələnmələri.
Siyahıda daha sonra bunlar yer alır:
beyin maddəsində yad cismin olması
anadangəlmə inkişaf qüsurlarının ağır formalarında
başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın ağır dərəcədə pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və sərbəst durmanın itirilməsi
dərman müalic əsin ə tabe olmayan, fiksə olunmuş patoloji bədən vəziyyətinin yaranmasına s ə b əb olan qabarıq generaliz ə olunmuş hiperkinezl ər, qabarıq (ağır) t əzahür ed ən psixi pozuntuların olması il ə
əhəmiyy tli təzahür edən tetraparez, paraplegiya və ya aşağı ətrafların və yuxarı ətrafın əhəmiyyətli təzahür edən para - parezi - çanaq orqanlarının (sidik kis əsi v ə düz bağırsaq) funksiyalarının təzahür edən dərəcədə pozuntusu ilə onurğa sütununun boyun, döş, bel və ya büzdüm səviyyəsində hissəvi zədələnmələri
bir aşağı ətrafın tam iflici
əhəmiyyətli distonik hücumlar, hiperkinezlər, nitq qüsuru, orta dərəcəli qavrama və dərketmə qabiliyyətinin enməsi
nataraz və əlaqələndirilməmiş yeriş, statik ataksiyaya görə oynaqlarda artıq açılma ilə əhəmiyyətli əzələ hipotoniyası; iradi və xırda motorika əhəmiyyətli pozulması, kiçik və dəqiq hərəkətlərin icrasının çətinliyi; statodinamik, dil və nitq funksiyalarının əhəmiyyətli dərəcədə pozuntusu
vərəmin müalicədən sonrakı gecikmiş əlamətləri, zədələnmiş orqan və sistemlərin funksiyalarının əhəmiyyətli dərəcədə geridönməz pozulması
yüngül dərəcəli əqli gerilik İQ 50-69: davamlı psixopatoloji pozuntular olduqda: orta dərəcədə astenik, affektiv, psixopatik təzahürlər, nadir epileptiform paroksizmlər, somatopsixik infantilizm, əlavə somatik və nevroloji patologiyalar, şəxsiyyət dəyişiklikləri
orta dərəcəli əqli gerilik İQ 35-49: adi şərtlərlə təhsil ala və ya işləyə bilməməsi, ətrafdakılarla adaptasiya və qarşılıqlı əlaqə zamanı nəzərəçarpacaq çətinliklər yaşanmasıəksər tələbatların ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacın olması
ağır dərəcəli əqli gerilik İQ 20 -34: özünəxidmət, verbal əlaqə, sadə gündəlik vəzifələri yerinə yetirə bilməməsi və daimi qayğıya ehtiyacın olması
dərin əqli gerilik İQ -20 heç bir ünsiyyət formasını, minimal şəxsi gigiyenanı yerinə yetirə bilməməsi və daimi müşahidə və digər şəxslərin qayğısı olmadan yaşamanın qeyri -mümkün - lüyü
həyat fəaliyyətinin pozulması və sosial dezadaptasiyaya səbəb olmuş, anadangəlmə və ya irsi xəstəlik və sindromlar, yüngül və orta dərəcəli əqli gerilik İQ 35-69
həyat fəaliyyətinin pozulması, özünə-xidmət, sadə gündəlik vəzifələri yerinə yetirə bilməməsi və daimi qayğıya ehtiyacın olması, ağır dərəcəli əqli gerilik İQ 20-34
bir gözün olmaması və ya əməli korluğu (görmə itiliy0,04-0), digər gözdə korreksiya ilə 0,1-dən aşağı
təzahür edən və əhəmiyyətli təzahür edən artikulyasiya pozuntusu (praktiki başa düşülməyən nitqlə)
artikulyasiya qabiliyyətinin olmaması
bir pəncənin xroniki residivləşən xoralı çatışmazlığı
hər iki pəncənin xroniki residivləşən xoralı çatışmazlığı
bir ətrafın bud (və ya baldır) səviyyəsində amputasiyası, digər ətrafda osteoartropatiya, ХАÇ II mərhələ
hər iki pəncənin amputasiyası, protezləşməyə göstəriş olduqda
protezləşmənin mümkün olmadığı halda, hər iki ətrafın bud (və ya baldır) səviyyəsində amputasiyası
nefrogen qeyri-şəkərli diabet, müalicəyə rezistent olduğu üçün davamlı dekompensasiya ilə
diabetik nefropatiya, XBÇ V mərhələ, terminal mərhələ, adekvat effektiv əvəzedici terapiyanın aparılmaması (aparılması qeyri-mümkün olduğu) və ya qeyri-effektiv olduğu halda, eyni zamanda, şəkərli diabetin və (və ya) aparılan müalicənin çoxsaylı fəsadlarının olması
sınıq müşahidə olunmadan, təzahür edən statodinamik pozuntularla
yuxarı və aşağı ətrafın müştərək amputasiyası
yuxarı ətrafın amputasiyası bazu oynağında bazu səviyyəsində və ya bazunun çox qısa güdülü, protezləşməyə və ya amputasiyadan 1 il sonra bərpa işlərinin (o cümlədən rekonstruktiv əməliyyata ehtiyac) aparılması üçün tibbi göstərişlərin olması ilə
yuxarı ətrafın bazu oynağı səviyyəsində və ya dirsək oynağından amputasiyası
said səviyyəsində amputasiya
biləyin amputasiyası
bilək oynağının funksional yararsız vəziyyətdə ankilozu
ağır dərəcəli bazu oynağının qeyristabilliyi, eləcə də laxlayan oynaqvə daimi oynaq çıxıqları və ya bazu oynağının funksional yararsız vəziyyətdə ankilozu (kəskin kontrakturası)
funksional əlverişsiz vəziyyətdə dirsək oynağının ankilozu (60 dərəcədən az, 150 dərəcədən çox)
hər iki dirsək oynağının funksional əlverişsiz vəziyyətdə ankilozu (60 dərəcədən az, 150 dərəcədən çox)
laxlayan dirsək oynağı
hər iki bilək oynağının funksional əlverişsiz vəziyyətdə ankilozu
hər iki baş barmağın olmaması
baş barmaq daxil olmaqla, iki barmağın olmaması və ya funksional yararsız vəziyyətdə ankilozu (kəskin kontrakturası)
baş barmaq daxil olmaqla, üç barmağın olmaması və ya əlin tutma funksiyasının pozulmasına səbəb olan qüsurlu vəziyyətlər
bir əldə ardıcıl üç barmağın olmaması və ya funksional yarar - sız vəziyyətdə ankilozu (kəskin kontrakturası)
baş barmaq daxil olmaqla, dörd barmağın olmaması və ya funksional yararsız vəziyyətdə ankilozu (kəskin kontrakturası)
hər iki əldə əl darağı sümükləri ilə birgə II -V barmaqların olmaması
bir əldə beş barmağın olmaması və ya funksional yararsız vəziyyətdə ankilozu (kəskin kontrakturası)
on barmağın olmaması və ya funksional yararsız vəziyyətdəankilozu (kəskin kontrakturası)
hər iki aşağı ətrafın bud nahiyəsindən amputasiyası, protezləşməyə və ya amputasiyadan ilk bir il sonra bərpa işlərinin (o cümlədən rekonstruktiv əməliyyata ehtiyac) aparılması üçün əks-tibbi göstərişlərin olması ilə
bud nahiyəsindən hər iki aşağı ətrafın amputasiyası
bir aşağı ətrafın bud, digərinin baldır səviyyəsində amputasiyası, protezləşməyə və ya amputa - siyadan ilk 1 il sonra bərpa işlərinin (o cümlədən rekonstruktiv əmə - liyyata ehtiyac) aparılması üçün əks -tibbi göstərişlərin olması ilə
bir aşağı ətrafın bud, digərinin baldır səviyyəsində amputasiyası, protezləşmədən sonra
bir yuxarı və bir aşağı ətrafın amputasiyası, protezləşməyə və ya amputasiyadan ilk 1 il sonra bərpa işlərinin (o cümlədən rekonstruktiv əməliyyata ehtiyac) aparılması üçün əks -tibbi göstərişlərin olması ilə
bir yuxarı və bir aşağı ətrafın amputasiyası, protezləşmədən sonra
ətrafın bud -çanaq oynağı səviyyə - sində amputasiyası və ya budun güdülünün çox qısa olması, protezləşməyə və ya amputasiya - dan ilk bir il sonra bərpa işlərinin (o cümlədən rekonstruktiv əməliyyata ehtiyac) aparılması üçün əks -tibbi göstərişlərin olması ilə
budun orta 1/3 səviyyəsində ampu – tasiyası
budun aşağı 1/3 səviyyəsində amputasiyası, amputasiyadan 1 il sonra protezləşməyə bərpa müali - cəsinə əks -göstəriş olduğu halda
güdülün və oynaqların yararlı vəziyyəti ilə ətrafın baldır səviyyə - sində amputasiyası
güdülün və oynaqların yararsız vəziyyəti ilə ətrafın baldır səviyyə - sində amputasiyası
hər iki aşağı ətrafın baldır səviyyəsində amputasiyası,protezləşmədən sonra
hər iki aşağı ətrafın baldır səviyyəsində amputasiyası, bir ətrafın funksional əlverişsiz vəziyyəti ilə
hər iki aşağı ətrafın baldır səviyyəsində amputasiyası, ikitərəfli protezləşməyə əlverişsiz vəziyyətdə
pəncənin Piroqova görə birtərəfli amputasiyası
pəncənin Piroqova görə ikitərəfli amputasiyası
pəncənin Şopar oynağı səviyyəsində ikitərəfli amputasiyası
pəncənin Şopar oynağı səviyyəsində birtərəfli amputasiyası
pəncənin Şopar oynağı səviyyəsində amputasiyası, pəncənin qüsurlu vəziyyəti ilə
pəncənin Şopar oynağı səviyyəsində amputasiyası, hər iki pəncənin qüsurlu vəziyyəti ilə
pəncənin Lisfrank oynağı səviyyəsində amputasiyası və ya Şarp üsulu ilə ayaq daraq sümüklərinin amputasiyası
pəncənin Lisfrank oynağı səviyyəsində amputasiyası və ya Şarpüsulu ilə ayaq daraq sümüklərinin amputasiyası, pəncənin birtərəfli qüsurlu vəziyyəti ilə
hər iki pəncənin Lisfrank oynağı səviyyəsində amputasiyası və ya Şarp üsulu ilə ayaq daraq sümüklərinin amputasiyası
hər iki bud-çanaq oynağının ankilozu
hər iki bud-çanaq oynağının hərəkətinin orta dərəcə məhdudlaşması
bud-çanaq oynağının hərəkətinin təzahür edən məhdudlaşması və ya ankilozu
hər iki bud -çanaq oynağının hərəkətinin təzahür edən məhdudlaşması
ayağın 4 -7 sm qısalması
yağın 7 sm -dən çox qısalması
diz oynağının funksional əlverişsiz vəziyyətdə ankilozu
hər iki diz oynağının funksional əlverişli vəziyyətdə ankilozu
hər iki diz oynağının funksional əlverişsiz vəziyyətdə ankilozu
pəncənin qüsurlu vəziyyətdə ankilozu
hər iki aşıq -baldır oynağının ankilozu
bud -çanaq oynağının birtərəfli çıxığı
bud -çanaq oynağının ikitərəfli çıxığı
kəllə sümüklərinin plastikası mümkün olmayan çatışmazlıqları (3 sm2 və daha çox) və ya kəllə sümüyünün plastikası mümkün olan geniş (30 sm2 -dən artıq) qüsuru
üzün (kəllə sümüyünün) eybəcərləşmə ilə nəticələnən sümük və dəri strukturlarının həcminə və zədələnməsinə görə çatışmazlıqları
diz oynağının birtərəfli endoprotezləşməsi
bədənin genişhəcmli (50% dən çox) yanığından sonrakı başın, üzün, boynun, əllərin və döş qəfəsinin aradan qaldırıla bilməyən kosmetik defektləri ilə müşahidə olunan hipertrofik çapıqları
vərəmin müalicədən sonrakı gecikmiş əlamətləri, zədələnmiş orqan və sistemlərin funksiyalarının əhəmiyyətli dərəcədə geridönməz pozulması
IV mərhələ, residivlərin və uzaq metastazların olması
residiv və uzaq metastazların olması
residivlərin, orqanların funksiyalarının ağır dərəcədə pozulması halında
IV mərhələ, residivlərin və uzaq metastazların olması
törəmənin müalicəsindən sonra orqanizmin funksiyalarının əhəmiyyətli dərəcədə pozulması, yanaşı gedən xəstəliklərin, residivin, uzaq metastazların olması
törəmənin müalicəsindən sonra orqanizmin funksiyalarının əhəmiyyətli dərəcədə pozulması, yanaşı gedən xəstəliklərin, residivin, uzaq metastazların olması
IV mərhələ orqanizmin funksiyalarının əhəmiyyətli dərəcədə pozulduğu, fəsadlaşmaların və (və ya) yanaşı gedən xəstəliklərin olduğu halda.
Günay Şahmar
Cebhe.info