Xankəndidə qəbul imtahanları KEÇİRİLƏCƏK

Xankəndidə qəbul imtahanları KEÇİRİLƏCƏK

"Hazırda ölkənin  24 şəhər və rayonunda buraxılış imtahanları keçirilir". 

"Cebheinfo.az" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar mətbuat konfrasında deyib.

O qeyd edib ki, 2012-ci ildən etibarən keçirilən buraxılış imtahanları bütün şəhər və rayonlarda təşkil olunur:

“Qəbul imtahanları isə əvvəllər Bakı və Naxçıvanda, daha sonra DİM-in regional bölmələrinin yerləşdiyi digər böyük şəhərlərdə, hazırda isə respublikamızın 24 şəhər və rayonunda keçirilir.Sevindirici haldır ki, Dövlət İmtahan Mərkəzi artıq Xankəndi şəhərində də qəbul imtahanları keçirəcək. Bu işğaldan azad edilmiş bölgələrdə keçirilən ilk qəbul imtahanıdır. Artıq işğaldan azad olunmuş bölgələrdə yaşayan abituriyentlər öz doğma torpaqlarında imtahan verirlər”.

Ötən ildən etibarən tələbə qəbulu aparılan Qarabağ Universiteti haqqında məlumat verən Məleykə Abbaszadə 2025-ci ildə bu təhsil müəssisəsi üzrə qəbul planının 28.5 % artırılaraq 1440 yerə çatdırılmasının regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini və keçən il Qarabağ Universitetində 1 200 nəfərin qəbul edildiyini qeyd edib.

Nigar
"Cebheinfo.az"