Ərdoğan onlarla görüşməyi qəbul etmədi - SİYAHI

Ərdoğan onlarla görüşməyi qəbul etmədi - SİYAHI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) heyətini qəbul etməsi ilə bağlı maraqlı məlumatlar üzə çıxıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə məlumatı jurnalist Ferit Aslan gündəmə gətirib.

Onun sözlərinə görə, DEM Partiyası Ərdoğanla görüş üçün 8 nəfərlik heyətləmüraciət edib.

Lakin dövlət başçısı sadəcə əvvəlki danışıqlar prosesində iştirak edən Pərvin Buldan və Sırrı Süreyya Öndərlə görüşməyi qəbul edib.

Ərdoğan aralarında DEM Partiyasının həmsədrləri Tülay Hatimoğlulları, Tuncer Bakırhan və yerinə qəyyum təyin edilən Mardin Böyük Şəhər Bələdiyyəsinin sədri Əhməd Türkü əvvəlki danışıqlar prosesində iştirak etmədikləri səbəbi ilə qəbul etməyib. 

Elmir Mustafa
“Cebheinfo.az”