FETÖ üzvlərinin qırmızı qalstukunun SİRRİ

FETÖ üzvləri olan gənclərin görüş zamanı qırmızı qalstuk taxmaları tələb edilib.
Cebhe.info xəbər verir ki, bu barədə detallar Türkiyənin Kayseri şəhərində FETÖ üvü olmaqdan mühakimə olunan vəkilin məhkəməsində üzə çıxıb. Belə ki, vəkil ondan qırmızı qalstuk taxmağın tələb olunduğunu, hakim və prokurorluqdakı görüşlər zamanı bilmədiyi suallara "Anımsaya bilmədim" cavabı verməsinin tələb edildiyini deyib.
Vəkil C.T tələbəlik illərində təşkilata cəlb olunduğunu, dini duyğuları ilə bu təklifi qəbul etdiyini deyib.
Bildirib ki, ona deyilənləri etməyəcəyi təqdirdə "şəfqət silləsi" dadacağı deyili: "Evdə böyük qardaş oldum. Mənə peyğəmbər və ya əsabələrindən birinin kod adının veriləcəyi deyildi. Sonra İbrahim kod adı verildi. Başqasının telefon xəttindən istifadə etdim. Hər kəsin bir kod adı vardı. Örgütün çalışma evində hakim və prokuroruluq imtahanlarına hazırlaşdım. Getdiyim zaman qırmızı qalstuk taxmamı və bilmədiyim suala "Anımasaya bilmədim" cavabını verməyi tapşırdılar”.
Vəkil məhkəmənin ilk iclasında bəraət istəyib.
Xəzər
Cebhe.info