Öcalan PKK-ya nə vaxt "silahı burax" deyəcək?

PKK terror qruplaşmasının lideri Abdullah Öcalanın terrorçuları nə zaman silah buraxmağa çağıracağı maraqla gözlənilir.
"Cebheinfo.az" xəbər verir ki, Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) üzvü Əhməd Türk mövzu ilə bağlı açıqlama verib.
O, Öcalanın nə zaman PKK-nı silah buraxmağa çağıracağı barədə "Nəfəs" qəzetinə danışıb:
"Abdullah Öcalan ikinci və ya üçüncü İmralı ziyarəti sonrası silah buraxma çağırışı edə bilər. İndidən dəqiq bir şey deyə bilmərik.
Lakin bizim də aldığımız bilgilər bu istiqamətdədir.
Heyət bütün siyasi partiyalarla görüşdükdən sonra yenidən İmralıya getməli, ona uyğun dəyərləndirmə aparılmalıdır.
Öcalan da parlamentdəki partiyaların düşüncələrinin önəmli olduğunu deyib. Bütün bunlar dəyərləndiriləcək. Bu bir başlangıçdır, amma adına proses deyə bilmərik".
Elmir Mustafa
"Cebheinfo.az"