Ağstafada 59 yaşlı kişini avtomobil vurub

Ağstafada 59 yaşlı kişini avtomobil vurub

Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Poylu qəsəbəsi ərazisində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1966-cı il təvəllüdlü Oktay Məmmədovu vurub.

Yaralı dərhal xəstəxanaya çatdırılıb və həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"