Məhkəmə körpəsini öldürən ana ilə bağlı qərar verdi

Məhkəmə körpəsini öldürən ana ilə bağlı qərar verdi

Ali Məhkəmədə bir yaşlı körpəsini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Bağıyevanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Cebheinfo.az" Pravda.az-a istinadla xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Qeyd: Hadisə 2022-ci ilin sentyabrında paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın 2021-ci il təvəllüdlü uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. N.Bağıyevaya qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

"Cebheinfo.az"