Deputat: “Bu adamı Vətənə qaytarsınlar”

Deputat: “Bu adamı Vətənə qaytarsınlar”

“Nəsibə Zeynalovanın oğlu Cahangir Novruzovun Azərbaycana dönməsi barədə düşünmək lazımdır”. 

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu deputat Səyyad Salahlı Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Bizim sənəd məbədimizdə dava-dalaş gedir. Görün sənət camiəmiz nə vəziyyətdədir? Bu adamla maraqlanmaq, onu ölkəyə dəvət eləmək lazımdır. İstedad 100 ildə bir dəfə yetişir.

Biz onun kinoda oynadığı rolları xatırlayırıq. Çox arzu edərdim ki, ona diqqət yetirilsin, məktəbini yaratsın. O, heç nədən Adanada böyük teatr yaradıb. Əlaqədar təşkilatlar bu adamı Vətənə qaytarsınlar”, - deyə deputat qeyd edib. 

"Cebheinfo.az"