Paşinyan-Putin-Əliyev görüşü olacaq?

Ermənistanın Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan mayın 9-da Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyan, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə üçtərəfli görüşün planlaşdırıldığı barədə mətbuatda yayılan xəbərləri təkzib edib.
“Mayın 9-na üçtərəfli formatda - Paşinyan-Putin-Əliyev formatında heç bir görüş nəzərdə tutulmayıb”.
“Cebheinfo.az”-ın məlumatına görə, Nazeli Baqdasaryan “Armenpress”ə müsahibəsində belə deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin mayın 9-da Moskvanın “Qırmızı Meydan”ında paraddan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi barədə mətbuatda məlumatlar yayılıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan martın 14-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında onun dəvətini qəbul etdiyini və mayın 9-da Moskvada keçiriləcək bayram mərasimlərində iştirak edəcəyini təsdiqləyib.
Müşfiq Abdulla
“Cebheinfo.az”