Sülh sənədi bu şəhərdə imzalanacaq

Sülh sənədi bu şəhərdə imzalanacaq

Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Moskvada Qırmızı Meydanda keçiriləcək paraddan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistanın “Joqovurd” qəzeti yazıb. "Rusiya dairələrindən bizə verilən məlumata görə, razılıq əldə olunacaq ki, may bayramlarından sonra Ermənistan və Azərbaycan Alma-Atada hansısa sülh sənədi imzasın. Paşinyan Alma-Ata bəyannaməsini Ermənistan-Azərbaycan danışıqlarının mərkəzinə qoyduğu üçün imzalanma yeri kimi Qazaxıstan, Alma-Ata təsadüfən seçilməyib”,-deyə qəzet iddia edib.

“Joqovurd” qəzeti bu məlumatı Ermənistan Respublikasının Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryanla dəqiqləşdirməyə çalışıb, lakin o, cavab verməkdən imtina edib.

Xəzər
“Cebheinfo.az”